BANK

30 Noyabr

Mərkəzi Bank investorların hüquqlarının müdafiəsi üzrə təkliflər üçün xüsusi elektron poçt ünvanı istifadəyə verib

Vətəndaşlar Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə səlahiyyətlərinə aid məsələlərə dair təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb 
 
Məlumatda qeyd edilib ki, sözügedən poçt ünvanı yalnız maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə fəaliyyətin təkmilləşdirilməsinə dair xüsusi təkliflərin göndərilməsi üçün nəzərdə tutulub. Mərkəzi Bankın nəzarət subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi hallarda, habelə Mərkəzi Bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı maliyyə xidmətləri istehlakçıları və investorlar hər hansı sual, ərizə və şikayətləri olduğu təqdirdə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş İstehlakçıların və investorların hüquqları bölməsinə daxil olaraq müvafiq başlıqlara keçid etməklə müraciətlərini ünvanlaya bilərlər.