BANK

29 Noyabr

Ödəniş kartlarının sayında 13 milyona yaxın ARTIM 

Bank sistemi üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 153 min ədəd artaraq 12 milyon 925 min ədəd təşkil edib.

"Fins.az"  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.1% artıb. 

Məlumata görə,ödəniş kartlarında artım debet kartları üzrə 20.2%, kredit kartları üzrə 27.6% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 95 min, kredit kartları 368 min, digər kartlar isə 1.8 mln. ədəd artıb. 

Müəllif:Aynur Qəniyeva