BANK

29 Noyabr

Bank sektorunun xarici öhdəliklərində 800 milyona yaxın artım

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 781.6 mln. manat artaraq 1,844.9 mln. manat təşkil etmişdir.

"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesabları və qeyri-rezident bankların "loro" müxbir hesabları və depozitlərinin həcmindəki artım ilə əlaqədardır. 

Müəliif: Aynur Qəniyeva