Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 769,9 milyon manat xalis mənfəət əldə edib.
"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35% çoxdur.
Bu dövrdə bankların əməliyyat gəlirləri 31% artaraq 3 182,7 milyon manata, əməliyyat xərcləri 27,3% artaraq 2 024,4 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 28,2% artaraq 209,8 milyon manata çatıb.
Sektorun gözlənilməz xərcləri 0,5 milyon manat , mənfəət vergisi ödəmələri isə 178 milyon manat təşkil edib.