BANK

29 Noyabr

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 4.6% AZALIB

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki aya nəzərən 0.6% bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.6% bəndi azalaraq 38.6% təşkil etmişdir.

"Fins.az" xəbər verir bu barədə Mərkəzi bank məlumat yayımlayıb. 

Məlumata görə, 2022-ci ilin 10 ayında banklar 769.9 mln. manat xalis mənfəət, 1,116.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 mln. manat məbləğində mənfəət vergisi ödənilib. 

Müəllif:Aynur Qəniyeva