BANK

29 Noyabr

Bankların kredit portfelində 1,5%-dən artıq

Bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19,470.8 mln. manat olub. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb 

Məlumata görə,bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% (10,912.6 mln. manat) təşkil edib.Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16.9% və ya 2,811.7 mln. manat artıb. Biznes portfelinin 10.3%-i və ya 1,120.1 mln. manatı dövlət fondları hesabına verilib. 

Müəllif:Aynur Qəniyeva