BANK

29 Noyabr

Avropa Mərkəzi Bankının prezidentindən faiz açıqlaması

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard inflyasiyanı orta müddətli hədəf olan 2 faizə endirməkdə qərarlı olduqlarını və bunun üçün faiz dərəcələrini daha da artırmağı planlaşdırdıqlarını bildirib.
"Fins.az" xəbər verir ki, Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin “Monetar Dialoq” sessiyasında çıxış edib.

AMB-nin son 1 ildə pul siyasətini normallaşdırmaq üçün sürətli və əhatəli bir prosesə başladığını ifadə edən Laqard, "Əvvəla, bir neçə ayda xalis aktiv alışlarını bitirdik. Sonra siyasət faizlərimizi indiyə qədər ən sürətli şəkildə artırmağa başladıq" ifadəsini işlədib. 

Laqard izah edib ki, Rusiya-Ukrayna müharibəsi enerji təhlükəsizliyini təhdid edir, tədarük zəncirlərini pozur və inflyasiyanı hədəflərindən xeyli yuxarı qaldırır.