Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 mln. manat güzəştli kredit ayrılıb.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O bildirib ki, Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.