BANK

28 Noyabr

ARDNF valyuta hərracında orta hesabla 52 milyon dollar məbləğində xarici valyuta satıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında $3 milyard 857,7 milyon ümumi məbləğdə xarici valyuta satıb.

 Azərbaycan Mərkəzi Bankından məlumat verilib ki, yanvar-sentyabr aylarında AMB tərəfindən xarici valyuta üzrə 74 hərrac təşkil olunub.

Beləliklə, 9 ay ərzində ARDNF hər hərracda orta hesabla $52,1 milyon məbləğində xarici valyuta satıb (2022-ci ilin birinci yarısının yekunları üzrə $57,06 milyon). Bu, cari ilin üçüncü rübündə hərraclarda xarici valyutaya tələbin cüzi azalması deməkdir.