BANK

28 Noyabr

Goldman: Çin gözləniləndən daha tez sərt karantin tədbirlərindən əl çəkəcək

Çindəki sərt karantin tədbirləri ilə bağlı etirazlar qlobal bazarların gündəmindədir. Sözügedən tədbirlərin iqtisadi təsirləri gündəmdə qalmaqdadır. Bu təsirlərə toxunan qlobal investisiya bankı Goldman Sachs, ölkədə etirazlara səbəb olan sərt karantin rejimi tədbirlərinin gözləniləndən daha tez sona çatdırılacağını proqnozlaşdırır. 

"Fins.az" xəbər verir ki, Goldman Sachs, Çinin aprel ayından əvvəl "sıfır Kovid" siyasətini sona çatdıracağını gözləyir.  

Goldman Sachs-ın Çin üzrə iqtisadçısı Hui Şan bildirib ki, Çin iqtisadiyyatının 2023-cü ilin ikinci rübündə yenidən açılacağına dair 30% ehtimal proqnozlaşdırırlar.

"Çin mərkəzi hökuməti daha çox karantin və ya daha çox yoluxma faktı arasında seçim etməli ola bilər", - iqtisadçı deyib.

Commerzbank da Çinin sıfır Kovid siyasətinə artan narazılığa toxunub. Commerzbank iqtisadçıları etirazlara işarə edərək, "Mövcud vəziyyət Çinin sərt karantin siyasətini saxlamaqda üzləşə biləcəyi çətinlikləri göstərir".

Çində Kovid-19 məhdudiyyətlərinin iqtisadiyyata təsiri çoxlu əhalisi olan şəhərlərdə, xüsusən də ölkənin ən böyük şəhəri Şanxayda və mühüm sənaye müəssisələrinin olduğu şəhərlərdə açıq şəkildə hiss olunur. 

Çin iqtisadiyyatı 2022-ci ilin ilk üç rübündə 3 faiz artsa da, Kovid-19-a yoluxanların artması və xarici şərtlərin pisləşməsi səbəbindən hökumətin bu il üçün 5,5% artım hədəfinə nail olub-olmayacağı bəlli deyil.