Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 46.9% artaraq 3.9 mlrd. ABŞ dolları ekvivalentində olub.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Məlumata görə bunun 87.2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edim. I rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 9 ayda ötən ilin müvafiq dövrünə nəzərən 48.1% artıb. Bununla belə, aprel ayından başlayaraq vəziyyət dəyişmiş və banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib.
Müəllif:Aynur Qəniyeva