BANK

25 Noyabr

Azərbaycan texnologiyaları Avropada və Afrikada bank sistemində tətbiq olunacaq

Azərbaycan texnologiyaları Avropada və Afrikada bank sistemində tətbiq olunacaqdır 


 Azərbaycanın SINAM şirkəti və Litvanın BS/2 şirkəti bank sistemində birgə fəaliyyət üzrə əməkdaşlıq memorandumu imzalanıb. 

"Fins.az" xəbər verir ki, Memorandum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank və İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən Vİ Beynəlxalq bank Forumunda imzalanıb. 

Əməkdaşlıq çərçivəsində sima üzərindən şəxsiyyəti təsdiq edən proqram təminatının Litva şirkətinin Avropa və Afrika ölkələrindəki bankomat şəbəkəsində tətbiq edilməsi nəzərdə tutulmuşdur.  İlkin mərhələdə SINAM və BS/2 şirkətlərinin birgə həlli bankomat vasitəsilə ani kreditlərin alınması üçün istifadə ediləcəkdir. Əməkdaşlığın növbəti mərhələlərində birgə həllərin əhatə dairəsinin genişləndirilməsi də planlaşdırılır. 
Qeyd etmək lazımdır ki, SINAM şirkəti Transxəzər və Orta Asiya regionlarında çoxsaylı İT məhsul  və xidmətləri, elektron hökumət həllərini, o cümlədən e-İmza həllini yaradan və tətbiq edən qabaqcıl inteqratordur. IV Beynəlxalq Bank Forumunda SİNAM “Müəssisə resurslarının planlaşdırılması” (SERP), “Elektron Sənəd Dövriyyəsi və Arxiv sistemi” (SESDA), “e-İmza üzrə Sertifikatlaşdırma Mərkəzi “(SPKİS) proqram kompleksi, “Təlimlərin Mərkəzi İdarəetmə Sistemi” (Edutube) və “Onlayn Video-konfrans Sistemi” (Meetadore) kimi həlləri ilə təqdim olunmuşdur. 
SINAM şirkətinin rəqəmsal imza üzrə həlli Azərbaycanın Mərkəzi Bankında və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində artıq tətbiq olunmuşdur. Deloitte şirkəti tərəfindən SINAM-ın rəqəmsal imza həlli beynəlxalq sertifikasiyadan keçmişdir və kibertəhlükəsizlik, İSO və digər istiqamətlər üzrə tam olaraq muasir tələblərə cavab verir. 
Litvanın BS/2 şirkəti öz texnologiyalarını 80-dən artıq ölkədə tətbiq etmişdir və banklar, maliyyə müəssisələri və ticarət-servis təşkilatları üçün ixtisaslaşdırılmış proqram təminatı və texnoloji həllər hazırlayan qabaqcıl şirkətdir.