BANK

24 Noyabr

Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək

Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək.

"Fins.az" xəbər verir ki, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Obikdirob ki, ödəniş sistemləri haqqında bazar, yeni bazar inqilabı yenilikdir. Əslində qanun qəbuluna bir sıra məsələlər hüquqi formatda keçəcək. Yəni, məsələn, bu gün bazarda fəaliyyət göstərən ödəniş təşkilatı, xidmət provayderləri, bunların tənzimlənməsi bir sıra qanunvericilik aktları ilə bağlıdır.Amma  mərkəzləşmiş bir qanun yoxdur.

Ramil Mahmudovun sözlərinə görə mərkəzləşmiş qanun olması ilə artıq həm təşkilatlar özləri maraqlıdır. Yəni onlar da istəyir ki, fəaliyyət tənzimlənsin çünki lisenziya alacaqlar fəaliyyətləri leqallaşacaq.Mərkəzi Bank fintex və ödəniş sistemlərinə lisenziya verəcək.Belə deyək də, qanun bir sıra sahələrdə, bazarda yeni drayverdir. Çünki bazarda bu gün fəaliyyət göstərən şirkətlər, ümumiyyətlə beynəlxalq praktikada belədir. Məsələn, xarici şirkət bazara daxil olmazdan öncə  ölkənin qanunvericiliyinə baxır, fəaliyyəti nə dərəcədə hüquqi baxımdan doğrudur ona nəzər salır. Çünki şirkət investisiya qoyursa, bu investisiya sabah təhükə, risk yaranmaması üçün qanunvericiliyi təhlil edir. Yeni qanun olmağı aydın məsələdir ki, köməklik edəcək ki, həmin təşkilatlar da, fəaliyyətlərini leqal cəhətdən normal qursunlar və sabahları onların özünün fəaliyyəti üçün də təhlükə  yaranmasın. Qanuni əsaslar ona uyğun fəaliyyətini tənzimləsin. Ödəniş xidmətləri haqqında qanunda fintex şirkətlərin maliyyə sektoru sahəsində ödəniş fəaliyyəti göstərən təşkilatların həm bazarda bu gün fəaliyyət göstərən, həm də yeni daxil olmaq istəyən hər hansı təşkilatın fəaliyyəti tənzimlənəcək.Yəni orada qruplaşmalar var, hansı xidmətləri göstərə bilər. Elektron pul təşkilatı var, ödəniş təşkilatı, ödəniş sistemi operatoru var. Yəni yeni anlayışlar tapılır. Hər birinin tənzimlənməsi, sferası və tələbləri də fərqlidir. Yəni deyək ki, hər hansı bir təşkilat elektron pul emissiya edəcəksə, elektron pul emissiya edən təşkilat demək olar ki, bütün xidmətləri göstərə bilər. Yəni şirkət özü seçəcək ki, mən bu xidmətləri göstərmək istəyirəm və ondan asılı olaraq da lisenziyalaşdırılacaq fəaliyyəti, belə deyək, leqal müstəvi formalaşır. Onun fəaliyyəti ilə bağlı artıq istər banka gedən, istər təşkilata gedən xidməti təqdim edir. Onlar ilk növbədə soruşacaqlar ki, lisenziya yoxdur və həmin təşkilatların Azərbaycanda ödəniş sistemlərinin lisenziyalaşması, eyni zamanda onlara imkan verəcək ki, digər ölkələrə də çıxsınlar digər ölkə bazarına fəaliyyət göstərsinlər.Məsələn, bu gün istər Avropa, istər digər inkişaf etmiş ölkələrə müraciət edəndə həmin təşkilatlar ilk öncə həmin təşkilatda ölkənin, yəni qeydiyyatda olduğu ölkədə hər hansı bir maliyyə lisenziyasının olub olmadığını soruşur. Bizdə bu günləri bank fəaliyyəti lisenziyalaşdırılır. Yəni həmin bank istənilən bir ölkədə gedib, filial, nümayəndə və açmaq istəyəndə hər hansı etirazla qarşılanmır.Çünki bunun əlində hüquqi sənəd var.