BANK

24 Noyabr

Orxan Məmmədov:Biz ayrı-ayrı banklarla da birgə böyük layihələr icra etmişik

Biz ayrı-ayrı banklarla da birgə böyük layihələr icra etmişik 

"Fins.az" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Etibarlı təhlükəsiz və dayanıqlı bankçılıq adlı VI Beynəlxalq Bankçılıq Forumunda çıxış edərkən deyib.

O bildirib ki, KOBİA tərəfindən təkcə 2022-ci ildə sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilmişdir ki, bu tədbirlərdə onları maraqlandıran suallar cavablandırılmış, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınmış, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilmişdir. Eyni zamanda keçirilmiş görüşlərin nəticələri əsasında mövcud sektorun problemləri dövri olaraq aidiyyəti qurumlara təqdim edilmişdir.

Biz ayrı-ayrı banklarla da birgə böyük layihələr icra etmişik və bu gün də belə layihələri davam etdirməkdəyik. Belə layihələrdən biri KOBİA və Rabitəbankın birgə həyata keçirdiyi “Biznesdə Qadınların Gücü” adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.

Hörmətli tədbir iştirakçıları, inanıram ki, bu gün burada səsləndirilən fikirlər və təkliflər ölkəmizin bank sektorunun və o cümlədən bu sektordan yararlanan digər sahələrin inkişafına öz faydasını verəcək, bütün maraqlı tərəflərin fəaliyyətinə müsbət təsirini göstərəcəkdir.