BANK

24 Noyabr

Zakir Nuriyev: Əhalinin banklarda əmanətləri ən yüksək artım tempinə çataraq 27% artıb

Əhalinin banklarda əmanətləri isə özünün inkişaf dövründə ən yüksək artım tempi müşahidə etdirərək 27 % artaraq artıq 11 milyard manat həddinə yaxınlaşmışdır.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Etibarlı təhlükəsiz və dayanıqlı bankçılıq adlı VI Beynəlxalq Bankçılıq Forumunda çıxış edərkən deyib.

O bildirib ki, əhali əmanətlərinin dollarlaşma əmsalı isə bu dövr ərzində 39,2 faiz təşkil etmişdir ki, bu da ötən dövrə nisbətən 4,4% ilin əvvəli bütövlükdə bizim depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstəriciyə gəlib çatmışdır. 

Müəllif:Aynur Qəniyeva