BANK

22 Noyabr

Anar Kərimov: Qarabağda fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə maraqlı olan şirkətlərə hərtərəfli dəstək göstəririk

Şuşada fəaliyyət göstərəcək biznes mərkəzimiz o regionu əhatə etmək məqsədi daşıyır.

"Fins.az" xəbər verir ki, bunu 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş  mətbuat konfrasında Bankın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov deyib. 

O bildirib ki,təkcə yerli yox həm də beynəlxalq Qarabağda fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə maraqlı olan şirkətlərə hərtərəfli dəstək göstəririk.

Anar Kərimov qeyd edib ki, biz bunda çox maraqlıyıq və Qarabağın bərpası ilə bağlı layihələr bizim rəhbərliyin diqqətindədir. Ümumilikdə Qarabağ regionunun və orada biznes subyektlərinin fəaliyyəti və inkişafına tövhə vermək bizim prioritetlərimizdən biridir. Hazırda PAŞA Bank-ın Şuşada filialının açılması müzakirə edilir. Onun layihəsi bu günlərdə müzakirə mərhələsindədir.Biz buna strateji olaraq yanaşırıq və gələcəkdə Şuşada fəaliyyət göstərəcək biznes mərkəzimiz o regionu əhatə etmək məqsədi daşıyır. Böyük ehtimal ki, 2023 cü ildə biz daha artıq ətraflı şəkildə bu barədə məlumatları bölüşəcəm. Hazırda yalnız layihə və gələcək biznes mərkəzinin açılışı müzakirə mərhələsindədir. 

Müəllif:Aynur Qəniyeva