BANK

21 Noyabr

Goldman-dan yeni dollar açıqlaması

Goldman Sachs analitikləri yaxın 3-6 ayda dolların Asiya valyutaları qarşısında zirvəyə çatacağını gözlədiklərini bildiriblər.

"Fins.az" xəbər verir ki, analitiklər bəzi valyutalarda nikbin mövqeyi vurğulayaraq, dolların Asiya valyutaları qarşısında üstünlüyünün uzun sürməyəcəyini bildiriblər.

Goldman Sachs Group, dolların Asiya valyutaları qarşısında güclənməsi üçün zamana ehtiyac olduğunu, FED-in gələcək 3-6 ayda faiz siyasəti ilə bağlı daha aydın mənzərənin ortaya çıxması ilə dolların gücünün zəifləyəcəyini bildirib.

Danny Suwanapruti də daxil olmaqla analitiklər, "ABŞ dollarının pik nöqtəsinin vaxtını proqnozlaşdırmaq asan deyil, lakin yaxın 3-6 ayda FED-in faiz dərəcələri ilə bağlı daha aydın mənzərə ortaya çıxanda bu, zirvəyə çatacaq" deyə qeyd edib.

Bank analitikləri vurğulayıblar ki, ABŞ dollarının geri dönüşü, valyuta ehtiyatlarının artması və fond bazarına daxilolmalardan sonra istiqaməti dəyişən cari hesablar Yaponiya istisna olmaqla Asiya valyutalarında trendi müəyyən edəcək.