BANK

17 Noyabr

AccessBank növbəti kapital artımını uğurla başa çatdırıb

AccessBank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11,4 milyon manat artırıb.

Kapitalın artırılması nominal dəyəri 1 AZN olan 11 388 889 AZN imtiyazlı səhmlərin buraxılması ilə baş tutub. Bütün səhmlər tam həcmdə yerləşdirilib.

“MKOB və pərakəndə satış seqmentləri daxilində inkişaf planlarımızı dəstəkləmək üçün daha bir mərhələni uğurla başa vurduq. Səhmdarlarımızın AccessBank-a və Azərbaycanın bank sektoruna olan inamını görməkdən məmnunuq. Kapital artımı isə  müştərilərimizə xidmət etmək və ehtiyaclarını ödəmək üçün əlavə stimul verir” deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.