“Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (Reyestr) iş prinsipi və faydaları” barədə ölkədə fəaliyyət göstərən kredit ittifaqları üçün 15 Noyabr 2022-ci il tarixində maarifləndirmə tədbiri keçirilib.
"Fins.az" xəbər verir ki, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində daşınar əmlaka əsaslanan kreditləşmə üzrə müasir infrastrukturda qurulmuş elektron Reyestrin (//mpcr.e-cbar.az ) üstünlükləri, eyni zamanda girova tutma yönəldilməsinin asanlaşdırılması mövzusunda iştirakçılara təqdimat keçirilmiş və qarşılıqlı müzakirələr aparılmışdır.
Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.