BANK

14 Noyabr

ABB xarici bazarda yerləşdirdiyi 1 milyard dollarlıq avrobondun 70%-ni geri alıb

ABB xarici bazarda yerləşdirdiyi 1 milyard dollarlıq avrobondun 70%-ni geri alıb. 

Fins.az xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində "ABB" ASC-nin (Azərbaycan Beynəlxalq Bankı) Bazar əməliyyatları şöbəsinin müdiri Hüseyn Sadıqov bildirib.

"Beynəlxalq Bank 2017-ci ildə xarici bazarda tədavül müddəti 2024-cü ilədək olan 1 milyard dollarlıq avrobond yerləşdirib. Bizim likvidliyimiz imkan verdiyi üçün 2020-ci ildən başlayaraq bazardan avrobondları geri almağa başlamışıq. Həmin avrobondlardan bazarda cəmi 300 milyon dolları qalıb, artıq 700 milyon dollarlıq hissəsini geri almışıq",- Hüseyn Sadıqov qeyd edib.