BANK

14 Noyabr

Azərbaycanda 24 bankın öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar “Rabitəbank” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lərdir.

Ən çox azalma ASB-də (20,4%), ən az azalma isə “Rabitəbank”da (2,9%) qeydə alınıb.

Qalan 24 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (2,5 dəfə çox), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,4%) qeydə alınıb.  

4 bankın öhdəlikləri 2 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə öhdəlikləri 2 milyard manatdan çox olub. Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 milyard 881 milyon 632 min manat), “Kapital Bank” (7 milyard 5 milyon 39 min manat), “PAŞA Bank” (6 milyard 984 milyon 762 min manat) və “Xalq Bank” (2 milyard 132 milyon 898 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də öhdəliklər 1 milyard manatdan 2 milyard manata qədər, 18 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 2 isə 100 milyon manatdan azdır. 

© “Renkinq”