BANK

11 Noyabr

İpoteka və Kredit Zəmanət Fondu korporativ istiqarazlara zəmanət verəcək

Korporativ istiqarazlara zəmanət İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçiriləcək.

"Fins.az"xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbirində Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib

O bildirib ki, artıq cənab prezidentin müvafiq fərmanı ilə bunun hüquqi əsası yaradılıb. Hazırda şərtlərlə bağlı qaydalar hazırlanır. Qaydalarla tələblər və şərtlər müəyyən olunacaq.Bu qaydalar hazırlandırqdan sonra Mərkəzi Bank bu qaydalara rəy verəcək. Qaydalar hazırda  İpoteka və Kredit Zəmanət Fondu tərəfindən hazırlanmaqdadır. Hazırlıq prosesi tamamlandıqdan sonra qaydaların 2023-cü ilin yanvar ayının sonuna kimi qüvvəyə minməsi nəzərdə tutulur.