BANK

10 Noyabr

Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin iş prinsipi və faydaları” barədə BOKT-lar üçün tədbir keçirilib

“Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (Reyestr) iş prinsipi və faydaları” barədə ölkədə fəaliyyət göstərən bank olmayan kredit təşkilatları üçün 10 Noyabr 2022-ci il tarixində maarifləndirmə tədbiri keçirilib.

"Fins.az"xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində daşınar əmlaka əsaslanan kreditləşmə üzrə müasir infrastrukturda qurulmuş elektron Reyestrin (//mpcr.e-cbar.az ) üstünlükləri mövzusunda iştirakçılara təqdimat keçirilmiş və qarşılıqlı müzakirələr aparılıb.

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.