BANK

05 Noyabr

"Naxçıvan Bank" Bakıdakı şöbəsini bağladı

"Naxçıvan Bank" ASC-nin "Bakı" şöbəsi fəaliyyətini dayandırıb.

Bu barədə bankdan bildirilib.

Məlumata görə, noyabrın 1-dən etibarən bank şöbəsinin fəaliyyəti müvəqqəti olaraq qeyri-müəyyən müddətədək dayandırılıb.

Qeyd edilib ki, "Bakı" şöbəsinin bağlanması bank rəhbərliyinin qərarı ilə bağlı olub.

Bununla belə əlavə edilib ki, "Naxçıvanbank"ın "Bakı" filialı fəaliyyətini davam etdirir və həmin bank şöbəsinin müştəriləri xidmətlər üçün filiala müraciət edə bilərlər.

© APA