Özbəkistan Respublikasında səfərdə olan Mərkəzi Bankın nümayəndə heyəti “2-ci Özbəkistan İqtisadi Forumu” çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədr müavini Behzod Hamraevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
"Fins.az" xəbər verirki, görüşdə Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır.