Avropa Mərkəzi Bankının sədri Christine Lagarde inflyasiya yapışqan olarsa, daha çox şey etməyə hazır olduqlarını deyib. Laqard, inflyasiyanın hədəfə çatması üçün faiz dərəcələrinin məhdudlaşdırıcı səviyyələrə qalxmasının lazım ola biləcəyini bildirib.
"Fins.az" xəbər verir ki, Avropa Mərkəzi Bankının sədri Christine Lagarde inflyasiya dayanıqlı olarsa, daha çox şey etməyə hazır olduqlarını qeyd edib.
Estoniyadakı çıxışında inflyasiyanın daha da qalıcı olacağı təqdirdə gözləməyəcəklərini ifadə edən Laqard, "İnflyasiyanın hədəfimizə çatacağına əmin olana qədər əlavə tədbirlər görməliyik" -deyə əlavə edib.
Avropa Mərkəzi Bankının yüksək inflyasiyaya nəzarət etmək üçün son 3 ayda faiz dərəcələrini 200 baza bəndi artırıb. Missiyasının hələ tamamlanmadığını qeyd edən Laqard, "Yüksək inflyasiyanın sümükləşməsinə icazə verməməliyik. Orta müddətli hədəfimizə qaytarmaq üçün lazımi tədbirləri görməkdə qərarlıyıq",-deyə qeyd edib.