Azərbaycanda hazırda 26 bank var”.
"Fins.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.
O, regionlarda bankların bankomatlarının sayının az olmasından şikayətlənib: “Rayonlarda, kəndlərdə insanlar öz pensiyalarını, təqaüdlərini almaq üçün bir kənddən başqa bir kəndə gedirlər. Banklar arasında olan 2%-lik komissiya ləğv olunsun. Bunlar hamısı Azərbaycan banklarıdır. Olmazmı ki, birmənalı olaraq nağdlaşdırmanı bütün banklar üçün 0,5% edək? İnsanlarımız da əziyyət çəkməsin”.
Deputat eyni zamanda banklar tərəfindən sahibkarlara 50 min manata qədər kreditlərin verilməsi şərtlərinin sadələşdirilməsini istəyib: “Kredit çox gec vaxta bilinir. Kreditin verilişi bəzən aylarla vaxt aparır. Təklif edirəm ki, insanlara bir-iki həftə ərzində bu növ kreditlər verilsin. Onlar da öz işlərini görsünlər”.