BANK

03 Noyabr

Mərkəzi Bank “Əks əlaqə” xidməti vətəndaşların istifadəsinə verilib

Mərkəzi Banka daxil olan cavablandırılmamış müraciətlərin sayının minimuma endirilməsi, Mərkəzi Bankla əlaqə saxlanılmasında yarana biləcək çətinliklərlə bağlı risklərin qarşısının alınması və vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə “Əks əlaqə” xidməti vətəndaşların istifadəsinə verilmişdir. Xidmətə dair məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində (//lnkd.in/es6_MX25) yerləşdirilib. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb.

Məlumata görə, vətəndaşlar Mərkəzi Bankın qaynar xətt nömrələri ilə hər hansı səbəbə görə əlaqənin yaradılmasında çətinliklə üzləşdikdə 055 966 19 66 nömrəli whatsapp xidmətinə keçid etməklə geri əlaqə yaradılması üçün müraciət edə bilərlər. Bu xidmət iş günləri hesab edilən bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-dək aktivdir.