BANK

03 Noyabr

Bundesbankın \"risklər artır\" xəbərdarlığı

Bundesbank-ın vitse-prezidenti maliyyə sistemi üçün risklərin artdığına dair xəbərdarlıq edərək, "eyni anda bir neçə risk baş verərsə, bu, təhlükəli ola bilər" -deyə bildirib.

"Fins.az" xəbər verir ki, Almaniya Mərkəzi Bankı Bundesbankdan risk xəbərdarlıq edib.

Bundesbank-ın vitse-prezidenti Claudia Buch Handelsblatt qəzetinə verdiyi açıqlamada maliyyə sistemi üçün risklərin artdığı barədə xəbərdarlıq edib.

Bundesbankın maliyyə sabitliyi şöbəsinin rəhbəri Buch deyib: "Eyni zamanda, çoxlu risklər var. Hər bir risk idarə oluna bilən görünə bilər, lakin bir çox risklər eyni vaxtda baş verərsə, təhlükəli ola bilər".