Göstərdiyi yüksək və peşəkar bank xidmətləri ilə müştəriləri arasında inam və yüksək etimad qazanan “Expressbank”, həm xidmət, həm də bank məhsulları üzrə olan keyfiyyət səviyyəsini mütəmadi olaraq artırmaqdadır. “Expressbank” daim müştərilərinin məmnuniyyəti üçün innovativ və müasir maliyyə standartlarına cavab verən bank xidmətlərini inkişaf etdirməyi əsas fəaliyyət prinsiplərindən biri olaraq qəbul edir. Bu minvalla fəaliyyətini davam etdirən bank, müştərilərinin xarici ölkələrə olan pul köçürmələrini daha əlçatan və operativ şəkildə etmələri üçün əlavə təkmilləşdirmə planını icra etmişdir.
Bir müddət bundan öncə “Expressbank”ın Qazaxıstan Respublikasının “Halyk Bank”ında müxtəlif xarici valyutalarda (ABŞ dolları, AVRO və KZT) olan “nostro” müxbir hesabları açılmışdır. Bununla da bankın müştəriləri bu hesab vasitəsilə xarici pul köçürmələrini dünyanın istənilən istiqamətinə daha sürətli, təhlükəsiz və rahatlıqla edə bilərlər.
Xüsusilə qeyd etmək istərdik ki, “Expressbank”ın korporativ müştəriləri “VISA B2B Connect” rəqəmsal ödəmə platforması üzərindən də xarici pul köçürmələrini operativ şəkildə həyata keçirə bilərlər.
“VISA B2B Connect” rəqəmsal ödəmə platforması haqqında ətraflı məlumatı //www.expressbank.az/news/247#app linkinə keçid edərək əldə edə bilərsiniz.