BANK

03 Noyabr

Azərbaycan Mərkəzi Bankı Özbəkistan İqtisadi Forumda iştirak edir

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Respublikası Hökumətinin təşkilatçılığı ilə 3-4 noyabr 2022-ci il tarixlərində Səmərqənd şəhərində keçirilən “İqtisadi islahatların mərkəzində insanlar” mövzusunda “2-ci Özbəkistan İqtisadi Forumu”nda iştirak edirlər.
"Fins.az" xəbər verir ki,forumda strateji prioritetlərə diqqət yetiriləcək, makro davamlılıq, iqlim dəyişikliyi, özəl sektor və insan kapitalı, öyrənilmiş dərslər, siyasət qərarlarının insanlara və biznesə təsirlərinə dair geniş müzakirələr aparılacaqdır.