Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün Azərbaycanın «H and M Agro LLC» şirkətinə $2 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Kredit Azərbaycan manatı ilə ayrılır.
Layihənin ümumi dəyəri $3,98 milyon həcmində qiymətləndirilir, bunun $1,98 milyonu – borcalanın vəsaitidir.
“H and M Agro LLC” kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırır. Bu, şirkətə məhsuldarlığı artırmağa, həmçinin adi istixanalarla müqayisədə su istehlakını azaltmağa imkan verəcək.
“H and M Agro LLC” MMC müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur. Şirkət azərbaycanlı iş adamı Kənan Rəsulova məxsusdur.