BANK

03 Noyabr

Çin və Pakistan yuan mübadiləsi üzrə əməkdaşlıq memorandumu imzalayıb

Çin və Pakistan yuan mübadiləsi üzrə əməkdaşlıq memorandumu imzalayıb.
"Fins.az" xəbər verir ki, Çin yuanı ilə həyata keçiriləcək transsərhəd pul köçürmələrinin təşkili üçün Çin və Pakistan arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müaviləyə görə, Çin Xalq Bankının (PBoC) bəyanatında deyilir ki, qaydalar iki ölkənin biznes və maliyyə qurumlarına qarşılıqlı pul köçürmələri üçün yuandan istifadə etməyə icazə verəcək.

Açıqlamada, pul köçürmələrinin yuanla edilməsinin ikitərəfli ticarət və investisiyaları asanlaşdıracağı qeyd edilib.

İki ölkənin mərkəzi bankları arasında saziş Pakistanın baş naziri Şahbaz Şərifin Pekinə səfəri zamanı imzalanıb.