BANK

03 Noyabr

Honq-Konq FED-dən sonra faiz dərəcələrini artırıb

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) göstərici faiz dərəcəsini 75 bənd artırmasından sonra dollara bağlı məzənnə rejimi səbəbiylə eyni məzənnə ilə artıb.

"Fins.az" xəbər verir ki, bölgənin faktiki mərkəzi bankı olan Honq Konq Pul Qurumunun (HKMA) verdiyi açıqlamada, göstərici faiz dərəcəsinin 75 bənd artırılaraq yüzdə 4,25-ə yüksəldiyi bildirillib.

FED dünən verdiyi qərarla qısamüddətli siyasət faizini 75 baz bəndi artıraraq 3,75-4,00 aralığına qaldırıb.

Bu artım ABŞ Federal Ehtiyat Sisteminin bu il qəbul etdiyi altıncı faiz artımı qərarıdır. Fed mart ayında faiz dərəcələrini 25, may ayında 50, iyun, iyul və sentyabr aylarında isə hər biri 75 baza  bəndi artırıb.

HKMA, Fed-in qərarını bütün artımlarda təqib etdi və benchmark faiz dərəcəsini eyni dərəcədə artırdı.