ABŞ Mərkəzi Bankının (FED) noyabr ayı iclası başa çatıb.
Fins.az xəbər verir ki, FED ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
FED faiz dərəcəslərini 0,75 bənd artıraraq 3,75-4% aralığına çatdırıb. Analitiklər və iqtisadçılar da FED-in uçot dərəcəsini 0.75 bənd artıracağını gözləyirdilər.
İnvestorlar FED-in bu ilin sonu və gələn il üçün gələcək siyasəti ilə bağlı daha çox ipucu əldə etmək üçün 22:30-da başlayacaq mətbuat konfransında Fed sədri Jerome Powell-in çıxışını izləyəcəklər.