BANK

02 Noyabr

“Ziraat Bank Azərbaycan” ilk 10 bank arasına daxil olaraq, orada davamlı qalmağı hədəfləyir - MÜSAHİBƏ

Selçuk Demir: "2025-ci ilin sonunadək Bakı və digər şəhərlərdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil olacaq. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq istiqaməti inkişaf etmək üçün hər cür səy göstərəcəyik”

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir Bankın böyüməsi üçün gərəkli olan kapitallaşma səviyyəsinin təmin edildiyini qeyd edərək, Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada davamlı qalmağı hədəflədiklərini bildirib.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir  Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyinin müxbirinə müsahibə verib. Müsahibədə Sədr Bankın Azərbaycan bank sektorundakı mövqeyi, planları və hədəfləri haqqında məlumat təqdim edib.

Bankın sədri "Ziraat Bank Azərbaycan"ın A.R Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 saylı lisenziyası əsasında fəaliyyət göstərdiyini qeyd edərək, Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla ümumilikdə 7 filial nəzdində müştərilərə xidmət göstərdiyini bildirib. Sədr əsasən korporativ və kommersiya bankçılığına fokuslanmış bir bank olduqlarını vurğulayaraq, Azərbaycanda bizneslə məşğul olan, xüsusilə ölkə iqtisadiyyatına töhfə verəcək orta və iri həcmli  şirkətlərin həm cari fəaliyyətlərini, həm də gələcək layihələrini bankın öz inkişaf strategiyası çərçivəsində dəstəkləməyə çalışdıqlarını  qeyd edib.

Dr. Selçuk Demir "Ziraat Bank Azərbaycan"ın 17 ölkəni əhatə edən Ziraat Maliyyə Qrupunun  üzvü olaraq azərbaycanlı iş adamlarına  bu geniş şəbəkənin imkanlarından  faydalanmaq üçün fürsətlər təqdim etdiklərini müsahibədə qeyd etdi .

“2025-ci ilin sonunadək xidmət şəbəkəmizin genişləndirilməsi gözlənilir”

Müsahibədə Sədr Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrini gücləndirmək məqsədilə hər cür səy göstərdiklərini  və müştərilərə hər cür dəstəklə təmin etdiklərini  vurğulayıb. Həmçinin kredit məhsulu təqdim etməklə yanaşı, dəyişən dünya şərtlərinə uyğunlaşmaq üçün texnologiyaların inkişafı  və rəqəmsal bankçılıq məhsullarının genişləndirilməsi, Bankın müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstərilməsi  üzərində çalışdıqlarını da bildirib.

"Ziraat Bank Azərbaycan"ın planlı və sabit inkişaf prinsipinə malik olduğunu qeyd edən Dr. Selçuk Demir, "2025-ci ilin sonunadək Bakı və digər şəhərlərdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil olacaq. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq istiqaməti  inkişaf etmək üçün hər cür səy göstərəcəyik” deyə vurğulayıb.

“Müştərilərimizin sayı günü-gündən artır”

Azərbaycan Respublikasının dayanıqlı bank infrastrukturuna malik olduğunu vurğulayan Dr. Selçuk Demir Ziraat Bank Azərbaycanın dayanıqlı inkişaf üçün lazım olan kapitallaşmaya sahib olduğunu qeyd etdi. “Müştərilərimizin ehtiyaclarını qarşılamaq və ölkə standartlarında xidmət göstərmək üçün lazım olan imkanlara sahibik. Müştərilərimizin sayı günü-gündən artır. Artıq bizim xidmət keyfiyyətimizdən razı qalan böyük bir müştəriləri auditoriyamız formalaşıb.  Bu inkişafla birlikdə Bankımız ölkə bank sekorunun əhəmiyyətli bankları sırasına daxil olmuşdur. Qarşıdakı dövrdə məqsədimiz Azərbaycanın ilk 10 bankı sıralamasına daxil olaraq orada fəaliyyətimizi daimi davam etdirməkdir” deyə bildirib.

Sektordakı rəqəmlərin dəyişkən olduğuna diqqət çəkən Dr. Selçuk Demir, "Əsas olan, inkişaf sürətini doğru müəyyən etmək və dayanıqlı olmaqdır. Uğurda ən dəyərli istiqamət davamlılıqdır" deyə vurğulayıb.

Dr. Selçuk Demir T.C. Ziraat Bankının xarici ticarətə yönəlik bank xidmətləri üzrə misilsiz təcrübəyə malik olduğunu vurğulayaraq qeyd edib: "Bu istiqamətdə xidmət keyfiyyətimiz və sürətimiz son dərəcə diqqətə layiqdir. Köçürmə sistemində sürətli və keyfiyyətli xidmət göstəririk. Bankımız 2021-ci ildə Azərbaycanda ən yaxşı xarici ticarət xidmətini teqdim edən bankı olaraq mükafatlandırılıb. İndi isə bu xidmətlər sahəsində  daha da irəli getməyi hədəfləyərək, Ziraat Bank Azərbaycanın xarici ticarət platformasını yaradırıq. Son bir ildə müştərilərin xarici ticarət əməliyyatlarında etdiyimiz iştirakımız sürətlə artır. Bu özünü xüsusilə  Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə göstərir və biz bu istiqamətdə davamlı inkişafda maraqlıyıq."

 “Əməkdaşlarımız üçün peşə hazırlığı proqramları təşkil edirik”

Ziraat Bank Azərbaycanda 150 əməkdaşın işlə təmin edildiyini və əməkdaşlar üçün həm Azərbaycanda, həm də Türkiyədə təlimlər keçirildiyini bildirən Dr.Selçuk Demir, "Bank əməkdaşlarını həm özəl təhsil müəssisələrində bank təlimi proqramlarında iştirakını təmin etməklə, həm də bank daxilində təlimlərə cəlb edilməsi yolu ilə inkişaf etdiririk.T.C. Ziraat Bankının Türkiyədə bankçılıq məktəbi fəaliyyət göstərir. Dövrü olaraq həm rəhbər kadrlarımızı, həm də mütəxəssislərimizi sözügedən məktəbin müxtəlif tədris proqramlarına göndərərək  çox yaxşı nəticələr əldə edirik” deyə qeyd edib.

Dr. Selçuk Demir bildirdi ki, Bankın əməkdaşlarına verilən təlimlərlə Türkiyədə və dünyada baş verən yeniliklərin, dəyişikliklərin öyrədilməsini və Azərbaycanda təqdim olunan xidmətə  tətbiq edilməsini hədəfləməkdədirlər.

“Ziraat Bank" Azərbaycan sosial layihələrdə də iştirak edir”

"Ziraat Bank Azərbaycan"ın yalnız biznes layihələr hazırlamadığını, həm də sosial məsuliyyət layihələrində iştirak etdiyini qeyd edən Dr. Selçuk Demir, 2-ci Qarabağ müharibəsindən sonra şəhid ailələri və veteranlarına dəstəyin onların prioritetləri arasında olduğunu vurğulayıb. 44 günlük müharibə dövrün3də cəbhədə və ya döyüş bölgəsinə yaxın ərazilərdə səhiyyə xidmətinə dəstək olmaq məqsədilə ehtiyacların ödənilməsinə  çalışan bankın, işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün yaradılmış Qarabağ Dirçəliş Fonduna maddi dəstək verdiklərini də bildirib.

Dr. Selçuk Demir aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilən Özünüməşğulluq proqramına Ziraat Bank Azərbaycanın ABA və Kiçik və Orta Sahibkarlığa Kömək Agentliyi ilə əməkdaşlığı çərçivəsində töhfə verdiklərini bildirib: “Bu proqram çərçivəsində çox müsbət işlər görmüşük. Burada biz iş dünyasına yeni insanlar gətirir və onlara dəstək oluruq. Yeni iş adamlarını lazımi avadanlıqlarla təmin edərək onların yeni biznes yaratmalarına  dəstək oluruq” deyə qeyd edib.