BANK

02 Noyabr

FED bu gün faiz qərarını AÇIQLAYACAQ

Noyabr iclasında ABŞ Federal Ehtiyat Sisteminin (FED) ardıcıl dördüncü dəfə faiz dərəcəsini 0,75 baza bəndi artıraraq 3,75-4% aralığına çatdıracağı gözlənilir.

"Fins.az" xəbər verir ki, DailyFX portalının sorğusunda iştirak edən analitiklər belə hesab edirlər. 

FED-in faiz qərarı çərşənbə günü, noyabrın 2-də, Bakı vaxtı ilə saat 22.00-da dərc olunacaq.