Azərbaycan hökuməti iqtisadi inkişaf gündəliyi təqdim edir və bu, ölkə iqtisadiyyatının müqavimət bacarığını daha da artırmağa imkan verəcək.
"Fins.az" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla da Azərbaycan beynəlxalq donorlar qrupuna qatılıb.Bu, amil BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verir. "Azərbaycanın 2030 baxışı həmçinin sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın gələcək inkişafının əsaslarını təşkil edir.
Eyni zamanda bu sənədlər çərçivəsində qəbul edilən 5 prioritetə nail olmaq üçün yaşıl transformasiya əvəzedilməz amildir", - deyə S. Maykl bildirib.