2022-ci ilin 3-cü rübündə dünyanın əsas mərkəzi bankları 399,3 ton qızıl alıb.
Bu, 2022-ci ilin ikinci rübü ilə müqayisədə 115% və son 22 ildə heç vaxt olmadığı qədər çoxdur.
Bu barədə Dünya Qızıl Şurasının təqdim etdiyi məlumatda deyilir.
Məlumata əsasən, 2022-ci ilin əvvəlindən qlobal mərkəzi banklar ümumilikdə 673,01 ton qızıl alıb. Bu, 1967-ci ildən bəri ən yüksək göstəricidir.
Bu il ən çox qızıl alıcıları Asiya ölkələrinin - Türkiyə, Qətər və Özbəkistanın mərkəzi bankları olub.
Qeyd edək ki, aon zamanlar qızılın əsas alıcıları kimi məhz Asiya dövlətləri çıxış edib. Qərb mərkəzi banklarının qızıla tələbi isə əksinə, azalır.