Cari ilin noyabrın 1-nə Azərbaycanda pul bazası 16 milyard 671 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə pul bazası bu ilin doqquz ayı ilə müqayisədə 3,3 % artıb, ilin əvvəlinə nisbətən isə 7,1 % azalıb.