BANK

01 Noyabr

Türkiyənin ödəniş xidmətləri və elektron pul şirkəti İQ Money Azərbaycan bazarına girir

Türkiyə Cümhuriyyəti  Mərkəzi Bankının lisenziyası ilə fəaliyyət göstərən ödəniş xidmətləri və elektron pul şirkəti- IQ Money  Azərbaycanda fəaliyyətə başlamağa hazırlaşır.

Bu barədə “Fins.az”-a  IQ Money-in  rəhbəri Mustafa Duran məlumat verib.

O bildirib ki, ölkəmizdə bu sahədə tənzimləyici orqanın rəsmiləri ilə görüşdükdən sonra Azərbaycan Texniki Universitetinin Texnoparkının tərkibində yaratdığımız ödəniş xidmətləri və elektron pul təşkilatı kimi fəaliyyətinə başlamışıq.

Mustafa Duran İQ Money-in Azərbaycandakı fəaliyyət istiqamətlərinə toxunaraq “IQ Money Azərbaycanda ödəniş xidmətləri və elektron pul təşkilatı olaraq fəaliyyət göstərərək daha çox istifadəçiyə xidmət edəcək. Istifadəçilərə debet kartlar verəcəyik.Eyni zamanda virtual pos, fiziki pos və soft pos xidmətləri göstərməklə, biz insanlara daha az ödəniş etməklə daha çox maliyyə alətlərinə və maliyyə hesablarına çıxış imkanı təqdim edəcəyik. “İQ Money Türkiyə”nin təcrübəsini Azərbaycanda tətbiq edəcəyik”,-deyə qeyd edib.

IQ Money rəsmisi İQ Money-in yaxın gələcəkdə Azərbaycanda həyata keçirilməsini planlaşdırdığı tədbrləri açıqlayaraq,“İQ Money Azərbaycan”-nın məqsədi Türkiyə, Azərbaycan və digər  türk ölkələri arasında sıx maliyyə əlaqələrı formalaşdırmaqdır. Bu, sahədə dünyaya bir qapı rolunu oynamağa çalışacağıq. Biz həm yerli, həm də beynəlxalq səviyyədə xidmət göstərəcəyik”-deyə fikirlərini tamamlayıb.

Müəllif: Aynur Qəniyeva