BANK

01 Noyabr

Dünya Bankı: 2025-ci ilə kimi buğdanın qiyməti 405 dollara düşəcək

Qlobal əmtəə bazarlarında buğda 2025-ci ilə kimi ucuzlaşacaq.

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib.

Bankın proqnozuna görə, bu ilin sonuna kimi buğdanın dünya bazarlarında qiyməti hər ton üzrə 430 dollar (aprel proqnozu ilə müqayisədə 20 bənd az) təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə 36,4 dollar çoxdur.

Dünya Bankının proqnozuna görə, 2023-cü ildə buğda 410 dollara (aprel proqnozu ilə müqayisədə 30 bənd çox), 2024-cü ildə isə 405 dollara ticarət ediləcək.