2022-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,7 milyard manatlıq əməliyyat aparıblar.