28.10.2022 tarixində Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüş keçirilib.
Fins.az xəbər verir ki,bunu Mərkəzi bankın sədri Taleh Kazımov Tvitter səhifəsindən bildirib.
Görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması və bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib.
"Həmçinin 12-17 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı,müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləmiz oldu", - Taleh Kazımov qeyd edib.