Azərbaycan Mərkəzi Bankında (AMB) kadr dəyişikliyi olub.
Məlumata görə, Elçin Əlizadə Mərkəzi Bankın daxili audit departamentinin direktoru təyin edilib.
O, bu vəzifədə Şakir Heydərovu əvəzləyib.
Bundan əlavə, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Elçin Əlizadə bundan əvvəl "PAŞA Bank"ın Maliyyə İdarəedilməsi departamentinin direktoru olub.
(c)report