BANK

28 Oktyabr

Dövriyyədə olan ödəniş kartlarının sayı 22%-dən çox artıb

Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 163 min ədəd artaraq 12 milyon 772 min ədəd təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 21.6%, kredit kartları üzrə 28.5% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 371 min, digər kartlar isə 1.8 mln. ədəd artıb. 

Müəllif:Aynur Qəniyeva