Proqnozlara görə 2022-ci ilin yekunu ilə yanaşı 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ilə Azərbaycanın tədiyə balansının profisitli olacağını proqnozlaşdırırlar.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında məlumat verilib.
"Cari hesabın profisiti daxili valyuta bazarında sabitliyi dəstəkləyən əsas faktordur. Hərraclarda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə qənaətin və Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi valyuta bazarında təklifin əhəmiyyətli genişləndiyini göstərir. ARDNF-nin valyuta satışları üzrə qənaətin məbləği 27.10.2022-ci il tarixə 820.8 mln. ABŞ dolları olmuşdur. Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi bu tarixə 967.1 mln. ABŞ dolları təşkil etmişdir",- məlumatda bildirilir.