Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 1,5 % azdır. Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7 %, son 1 ildə isə 25,4 % azalıb.
2022-ci il oktyabr ayının 1-nə olan göstəricilərə görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3 %, ötən il sentyabrın sonuna isə 5,6 % olub.