Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4% bəndi azalaraq 39.2% təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3.4% (361 mln. manat) artaraq 10,993 mln. manat təşkil etmişdir. Əmanət portfelinin 54.3%-i (5,964.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,992.3 mln. manat olmaqla (ay ərzində artım 3.4% və ya 590.3 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20,380.7 mln. manat) 88.3%-ni təşkil etmişdir