Bankların kredit portfeli sentyabr ayında 2.8% (518.5 mln. manat) artaraq 19,157.2 mln. manat olub.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı açıqlayıb.
Məlumata görə, kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit portfeli sentyabr ayında 2.8% (518.5 mln. manat) artaraq 19,157.2 mln. manat olub.
Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,780.9 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15% və ya 2,498.1 mln. manat artmışdır.